İran öz neftini sata bilmir

  • Bölmə: Dünya  
  • Tarix: 10 apr 2019 [10:30]

Artıq beşinci gündür ki, İran enerji birjasına çıxartdığı 1 milyon ton neftini sata bilmir. İran neftinin 1 barrelinin qiyməti dünya bazarında 63,36 dollar həcmində müəyyənləşib. Bu da digər ölkələrin neftinin qiymətindən aşağıdır.

Hazırda dünya bazarında 1 barrel neftin qiyməti 70 dolları ötüb. Buna baxmayaraq, İran netfinə alıcı tapa bilmir.

İranın Milli Neft Şirkətinin nümayəndəsi Əmir Hüseyni jurnalistlərə bildirib ki, qiymətin aşağı olmasına baxmayaraq artıq 5-ci dəfədir ki, İran birjaya çıxartdığı nefti sata bilmir. Onun sözlərinə görə, satılmayan neft yenidən birjaya çıxarılacaq.

Bizimesr.az

Загрузка...


Oxunub: 780 dəfə