Azərbaycan kartof idxalını tamamilə dayandıracaq

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 9 apr 2019 [09:19]

Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyevdeyib.
O qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib:
"Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir”.
Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda kartof əsasən Rusiya, Belarus, İran və Türkiyədən idxal, Rusiyaya isə ixrac olunur.
Daha sonra pomidorlardan danışan B.Quliyev bildirib ki, Azərbaycanda istehsal olunan pomidorlar əsasən Rusiyaya ixrac olunur.
O əlavə edib ki, Rusiya son illərdə pomidor istehsalını artırdığı üçün Azərbaycandan Rusiyaya pomidor tədarükü gələcəkdə azala bilər.

Bizimesr.az



Загрузка...


Oxunub: 7610 dəfə