“ASAN Viza” sistemi haqqında Əsasnamə” dəyişdirildi

  • Bölmə: Siyasət  
  • Tarix: 9 apr 2019 [08:49]

Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Müvafiq sənədi aprelin 9-da AZƏRTAC dərc edib.

Sənədə əsasən, bundan sonra birdəfəlik və ya çoxdəfəlik elektron viza 3üçiş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə üç saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində veriləcək.

Bundan əlavə, dəyişikliyə əsasən, sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs çoxdəfəlik elektron viza alınması ilə bağlı birbaşa müraciət etmək üçün aşağıdakılar barədə məlumatı Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil etməlidir:

1. soyadının və ya digər adlarının dəyişdirilməsi;

2. vətəndaşlığının dəyişdirilməsi;

3. viza üçün müraciət etdiyi günədək daimi yaşadığı ölkələr;

4. ailə vəziyyəti;

5. hazırkı iş yeri, vəzifəsi və ixtisası;

6. Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanın telefon nömrəsi (mobil və ya stasionar);

7. əvvəllər Azərbaycan Respublikasına səfər etməsi;

8. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza alması;

9. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən imtina edilməsi;

10. cinayət məsuliyyətinə cəlb edilməsi;

11. Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi (mobil və ya stasionar);

12. son üç ildə səfər etdiyi xarici ölkələr.

1.7. 7-1-ci hissənin adında “Vizanın” sözü “Elektron vizanın” sözləri ilə əvəz edilir;

1.8. 7-1.0-cı bənddə “vizanı” sözündən əvvəl “birdəfəlik elektron” sözləri əlavə edilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 1860 dəfə