İlham Əliyev Allahşükür Paşazadə ilə bağlı sərəncam imzaladı

  • Bölmə: Siyasət  
  • Tarix: 9 apr 2019 [08:45]

Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi aprelin 9-da AZƏRTAC dərc edib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olur.

Bizimesr.az

 



Загрузка...


Oxunub: 1200 dəfə