Cəbrayıl Həsənov güləşmədən çempion oldu

  • Bölmə: İdman  
  • Tarix: 9 apr 2019 [08:41]

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov (-79 kq) üçüncü dəfə böyüklər arasında Avropa çempionu olub.

Oxu.Az-ın xəbərinə görə, onun finaldakı rəqibi Əhməd Hacıməhəmmədov yarımfinalda ayağından zədələndiyindən final görüşünə çıxa bilməyib.

Bu səbəbdən Cəbrayıl Həsənov finalda güləşmədən Avropa çempionu olub.

Qeyd edək ki, Olimpiada, Avropa Oyunları və dünya çempionatının mükafatçısı olmuş Cəbrayıl Həsənov 2010 və 2011-ci illərdə də qitə çempionu olmuşdu. O, səkkiz ildən sonra növbəti çempionluğunu qazanıb.

Bizimesr.az

 



Загрузка...


Oxunub: 830 dəfə