Əlcəzairə müvəqqəti prezident seçildi

  • Bölmə: Dünya  
  • Tarix: 9 apr 2019 [08:22]

Əlcəzairdə boş qalmış prezident postunu qarşıdakı 90 gün ərzində parlamentin yuxarı palatasının spikeri Əbdülqadir Bensalah tutacaq. Prezident vəzifələrinin müvəqqəti icraçısı üç ay ərzində ölkədə prezident seçkiləri təşkil edib, keçirməlidir. 

RİA Novosti”nin məlumatına görə, bu barədə aprelin 9-da ölkə parlamentinin aşağı palatası və Millətlər Şurası (yuxarı palata) nümayənədlərinin iştirakı ilə keçirilən geniş tərkibli xüsusi iclasda bəyanat verilib.

Daha əvvəl isə iclasda Əlcəzair parlamenti konstitusiyanın 102-ci maddəsinə əsasən prezident postunun boş qaldığını elan edib.

Qeyd edək ki, Əbdüləziz Buteflika konstitusiyanın 102-ci maddəsindən istifadə edərək, prezident postundan getmək istəməsi ilə bağlı Konstitusiya şurasınının sədrini  məlumatlandırıb. 

Həmin maddə prezident səhhəti ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilmədiyi hallarda tətbiq olunur.

Bizimesr.az

 



Загрузка...


Oxunub: 830 dəfə