Maqnus Karlsen “Shamkir Chess 2019”un qalibi oldu - FOTO

  • Bölmə: İdman  
  • Tarix: 8 apr 2019 [11:45]

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

Hazırda Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir. Turnirə aprelin 9-da yekun vurulacaq.

 


Загрузка...


Oxunub: 7280 dəfə