Kikboksçularımız Avropa Kubokunda yeddi medal qazanıb - FOTO

  • Bölmə: İdman  
  • Tarix: 8 apr 2019 [11:29]

Türkiyənin Antalya şəhərində kikboksinqin WAKO versiyası üzrə “Turkish Open” Avropa Kuboku yarışı gənc millimiz üçün uğurla başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, 14 idmançı ilə təmsil olunan Azərbaycan yığması “Turkish Open”i yeddi medalla başa vurub.

Elcan Əlikişiyev qızıl, Uğur Hacızadə, Elşad Şahbazov, Qəşəm Məmmədov, Vüsal Kazımov gümüş, Lalə Mikayılova və Murad Babayev bürünc medal qazanıb.

Medalların çoxunu – dördünü “Sərhədçi” klubunun üzvləri qazanıb. Onlar bu uğura Sərhəd Qoşunları zabiti, əməkdar məşqçi Fuad Zeynalovun rəhbərliyi altında nail olub.

 


Загрузка...


Oxunub: 8200 dəfə