Bakı metrosunda qatar əks istiqamətə getdi

  • Bölmə: Hadisə
  • Tarix: 18 mar 2019 [12:03]

Bakı Metropoliteninin “Elmlər Akdemiyası” stansiyasında qatar əks istiqamətdə getməyə başlayıb. Bu isə sərnişinlər arasında təşvişə səbəb olub.

 

Məsələ ilə bağlı “Bizimxeber” “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib. O bildirib ki, “Dərnəgül” xətti üzrə hərəkətdə olan qatarda texniki nasazlıq yaşanıb:

“Bu gün “Elmlər Akdemiyası” stansiyasına daxil olan qatar geriyə – ikinci xətlə “Nizami” stansiyasına qayıdıb. Qatar Nizami stansiyasından hərəkətə başladıqdan sonra maşinist nasazlıq olduğunu hiss edib. Təhlükəsizlik məqsədilə sərnişinlər boşaldılaraq qatar yoxlanış üçün ikinci xətlə depoya yola salınıb.

Ümumilikdə 10-12 dəqiqəlik bir problem yaşanıb. Stansiyaya yeni qatar buraxılıb. Bir qədər sərnişin sıxlığı yaşansa da ümumi interval bərpa edilib, heç bir problem qalmayıb”.

Bəxtiyar Məmmədov onu da əlavə edib ki, hazırda qatar yoxlanılır, nasazlığın hansı səbəbdən baş verdiyi araşdırılır.

Bizimesr.az

Загрузка...


Oxunub: 8800 dəfə