Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

  • Bölmə: Hadisə  
  • Tarix: 28 fev 2019 [19:44]

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda daxil olan müraciətlərin daha bir qisminə baxılıb. Bildirilib ki, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.

***
12:59

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün növbəti iclası keçiriləcək. Komissiyadan modern.az-a verilən məlumata görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Qeyd edilib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Ümumilikdə Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilib.

Xatırladaq ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

Bu il Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən humanist addımların davamı olaraq, növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Bizimesr.Az

Загрузка...


Oxunub: 4080 dəfə