Serbiyada prezidentə qarşı etiraz aksiyası - 25 min insan...

  • Bölmə: Dünya  
  • Tarix: 30 dek 2018 [17:51]

Serbiyanın paytaxtı Belqradda təxminən 25 min insan ölkə başçısı Aleksandr Vuçiçə etiraz əlaməti olaraq küçələrə çıxıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq dörd həftə sonu ardıcıl olaraq təşkil olunan antihökumət nümayişlərində vətəndaşlar öz liderlərini korrupsiya və kütləvi informasiya vasitələrinə nəzarət etməkdə ittiham ediblər. Onlar jurnalistlər və müxalifətçilərə qarşı hücumların dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, etirazların başlamasına səbəb noyabrda müxalifətçi siyasətçi Borko Stefanoviçin döyülməsi olub. Müxalifətçilərin sözlərinə görə, siyasətçinin döyülməsi onun prezident Vuçiçin ünvanına səsləndirdiyi tənqidlərə görədir.

Bugünkü etirazlarda isə bir çox nümayişçilər sarı jiletlər geyiniblər və pensiya qanunvericiliyinin dəyişdirilməsinə qarşı çıxışlar ediblər. 


Загрузка...


Oxunub: 8850 dəfə