Qurban Qurbanovun qardaşı klub prezidenti olur

  • Bölmə: İdman  
  • Tarix: 13 dek 2018 [10:41]

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Zirə”nin klub prezidenti postunda dəyişiklik olacaq.
Qaynarinfo-nun yenicag.az-a istinadən məlumata görə, Musa Qurbanov bakılıların prezidenti təyin olunacaq. Qurbanovun təyinatının qarşıdakı günlərdə rəsmiləşəcəyi gözlənilir. Hazırki prezident Natiq İsmayılovun aqibətinin necə olacağı isə maraqla gözlənilir. Onun klubda başqa bir vəzifəni icra edəcəyi istisna edilmir.
Qeyd edək ki, Musa Qurbanov "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşıdır. O, daha öncə birinci divizionda mübarizə aparan "Zaqatala”nın prezidenti olub.


Загрузка...


Oxunub: 6610 dəfə