Əldə etdiyimiz məlumata görə, Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. Atasının yaxın çevrəsi vasitəsilə oğlu barədə xəbərin yayılmasının qarşısını almağa çalışdığı, lakin buna nail ola bilmədiyi deyilir. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib. Qeyd edək ki, F.Hacıyevin idarə etdiyi avtomobilin qiyməti 300 min manat civarındadır.