Vətəndaşı şantaj edən keçmiş polis əməkdaşlarına cəza

  • Bölmə: Hadisə  
  • Tarix: 31 okt 2018 [16:44]

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elvin Xudazarov və Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri iki il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onların cinayət işindən hədə-qorxu ilə tələb etmə üzrə maddə çıxarılıb. Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı “polisi” saxlayıblar.

Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri – Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər. Yalançı “polislər” qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.

Cinayət işinin ilkin materiallarına görə, həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimovun, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 400 manatını əlindən alıblar.

Həbs edilən H.Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb. Elvin Xudazarov və Fazil Əliyev keçmiş polis əməkdaşları olub. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən) maddəsi ilə bağlı cinayət işi irəli sürülüb


Загрузка...


Oxunub: 7010 dəfə