Onun fikrincə, ABŞ prezidenti Donald Tramp noybarın 4-nə qədər müttəfiq ölkələrdən İrandan neft idxalını dayandırmasını istəsə qiymət 100 dollara yüksələ bilər. Ekspert hesab edir ki, İran neft ixracını tamamilə dayandırsa, digər istehsalçılar boşluğu tamamilə doldura bilməyəcək və bu bahalaşmaya səbəb olacaq. Fereidun Fesharaki həmçinin qeyd edib ki, bahalaşmaya təsir edəcək digər amil ABŞ-la Çin arasındakı ticarət müharibəsi ola bilər.
Qeyd edək ki, “Brent” markalı neft sonuncu dəfə 2014-cü ildə 100 dollara satılıb. Hazırda neftin qiyməti 77-78 dollardır.
Onu da qeyd edək ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minəcək.