Qaynarinfo xəbər verir ki, o, "iPhone X Plus"ın 6,5 düyüm, digər modelin isə 6,1 düyüm ekrana sahib olduğunu qeyd edib. Dizayner göstərilən prototipin son versiya olan "gavalı" konsepsiyasına əsasən hazırlandığını iddia edib.
Fotolardan belə görünür ki, "iPhone X Plus" modelində iki kamera olsa da, standart modeldə bir ədəd kamera var. Həmçinin yeni prototipdə barmaq izi kilidi də yoxdur.
Qeyd edək ki, "Apple"ın yeni modelini sentyabr ayında bazara çıxarması gözlənilir.