Bölgə sakinləri “Nar”-ın “Yerlim” tarifini seçir

2018-ci ilin ikinci rübündə “Nar”-ın bölgələr üçün xüsusi yaradılmış “Yerlim” tarifinə qoşulanların sayı ötən rüblə müqayisədə 7% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə “Yerlim”-ə qoşulanların sayı 53% artıb.

Xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan “Yerlim” tarifinə qoşulanların hər keçən gün artması bu tarifin bölgə sakinləri üçün sərfəli olması ilə əlaqədardır. Bölgələrdə yaşayan abunəçilər bu tarifə qoşulmaqla dəqiqəsi 1 qəpikdən zəng edə bilir.

Mobil operatorlar arasında paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən “Nar” yeni istifadəyə verdiyi baza stansiyaları sayəsində öz bölgə tarifinin istifadəçilərinin sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir.

Mobil operator təkcə 2018-ci ilin ilk yarısında bölgələrdə 162 yeni baza stansiya qurub. Qurulan yeni stansiyalarının 103-ü 4G, 59-u isə 3G baza stansiyasıdır. Ümumilikdə “Nar” 2018-ci ildə ölkənin 33-dən çox rayon mərkəzləri və şəhərlərinə yüksək keyfiyyətli 4G xidmətini gətirib.

Bizimesr.az


Загрузка...


Oxunub: 11210 dəfə