ABŞ-ın gündəlik neft hasilatı 10,9 milyon barrelə düşdü

ABŞ-ın sutkalıq neft istehsalı azalıb. Bizimxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 68 min barrel azalaraq gündəlik 10,9 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir.
ABŞ-ın neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib. Xam neft istehsalının azalması əsasən Alyaska ştatında olub, digər ştatlarda isə hasilatda geriləmə qeydə alınmayıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatı son 29 həftənin 3-də azalma göstərib.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 21 min barrel azalaraq gündəlik 7,75 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1,37 milyon barrel azalaraq sutkada 1,31 milyon barrel olub. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.
EIA-nın iyun ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.
Bizimesr.az


Загрузка...


Oxunub: 61520 dəfə