“Şah” dünya çempionuna məğlub olmadı - FOTOLAR

İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə superturnirin V turunda prinsipial görüş baş tutub.

Bizimesr xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsenlə Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Qara fiqurlarla oynayan şahmatçımız güclü rəqibi ilə heç-heçə edib. Hazırda hər iki şahmatçı 3,5 xalla turnir cədvəlinin şərikli lideridir.

Qeyd edək ki, Maqnus Karlsen dost olduğu üçün hər zaman Şəhriyar Məmmədyarovu Sergey Karyakinlə qəsdən heç-heçə oynamaqda suçlayır.

 

Bizimesr.az

 



Загрузка...


Oxunub: 58880 dəfə