“Qarabağ”ın ÇL-dəki potensial rəqibi müəyyənləşdi

 “Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Bizimesr Oxu.Az-a istinadən xəbər verir ki, “Qarabağ” Sloveniya “Olimpiya”sını keçəcəyi təqdirdə, Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

“Kukesi” Maltanın “Valletta” klubunu iki oyunun nəticəsinə əsasən üstələyərək növbəti mərhələyə yüksəlib. 

Rəqiblərin hər iki görüşü heç-heçə başa çatıb – 0:0 və 1:1. Lakin “Kukesi” səfərdə vurduğu qol sayəsində mübarizəni davam etdirən tərəf olub.

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib. 

Ağdam təmsilçisinin cavab oyunu iyulun 18-i Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.

Bizimesr.az

 


Загрузка...


Oxunub: 19240 dəfə