Azərbaycan və İtaliya prezidentləri görüşdü - FOTO + YENİLƏNİB

  • Bölmə: Siyasət  
  • Tarix: 18 iyl 2018 [11:45]

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İtaliya Respublikasının prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

"Bizimesr" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 

 

10:14

İyulun 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İtaliya Respublikasının prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

09:52

Azərbaycana rəsmi səfərə gələn İtaliya prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanı qarşılayıb.

Prezident İlham Əliyev və prezident Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 30000 dəfə