Türkiyə 15 iyul şəhidlərini anır – FOTO

Türkiyədə 2016-cı ildə Fəthullah Gülən tərəfdarlarının tərəfindən hazırlanmış hərbi çevrilişə cəhd hadisələrindən iki il ötür.

“Bizimxeber” Anadolu-ya istinadla xəbər verir ki,  “15 iyul – demokratiya və milli birlik” gününə həsr olunmuş tədbirlər ölkənin on şəhərində keçiriləcək.

İstanbulda minlərlə insan 34 vətəndaşın qanı bahasına dəf edilən çevrilişlə bağlı Bosfordakı körpülərə toplaşacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin məzarını ziyarət edəcək. Həmçinin dövlət başçısı məsciddə anma mərasimində də iştirak edəcək.

Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 251 nəfər həlak olub, 2 mindən çox şəxs yaralanıb.

 

Bizimesr.az

Загрузка...


Oxunub: 22510 dəfə