“Riyad” Ticarət Mərkəzi yanır – YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyi bu gün “Riyad” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

“Bizimxeber”in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

14:47

Abşeron rayonunda “Riyad” Ticarət Mərkəzində güclü yanğın başlayıb.

“Bizimxeber”in  məlumatına görə, yanğın ticarət mərkəzindəki mebel dükanının anbarında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

 

Bizimesr.az


Загрузка...




Oxunub: 39120 dəfə