Hərbi hissələrdə son vəziyyət necədir?

  • Bölmə: Hərb  
  • Tarix: 3 iyl 2018 [15:45]

Müdafiə Nazirliyi elektrik enerjisinin verilməsinin müvəqqəti dayandırılmasının hərbi hissələrə təsiri ilə bağlı açıqlama yayıb. Hərbi infrastukturun tam şəkildə fəaliyyətinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib: 

“Elektrik enerjisi olmadıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür. Dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun heç bir hərbi hissəsi, xüsusilə də ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir.

Ehtiyac olduğu halda mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq baxçaları, doğum evləri və s.) də həyat fəaliyyətinin təmin edilməsi üçün tələb olunan enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırıq”.

Bizimesr.az


Загрузка...


Oxunub: 56170 dəfə