60 milyon dolları zibilliyə atdı

  • Bölmə: Maraqlı  
  • Tarix: 27 may 2018 [20:43]
Amerikalı Ceyms Houels kripto pullarının şifrəsi yerləşən yaddaş kartını yanlışlıqla zibil qabına atıb. “Bizimxeber” xarici KİV-ə istinadən xəbər verir ki, Uelsdə yaşayan Houels kripto pul yaradıcısıdır. 32 yaşlı Ceymsin diqqətsizliyi ona 60 milyon dollara başa gəlib. 2009-cu ildə dostları ilə 7500 ədəd Bitcoin toplayan Ceyms Houels kripto pullara şifrə qoyub. Məlumatları yaddaş kartında saxlayan Ceyms evi təmizləyərkən yanlışlıqla kartı zibilliyə atıb. O bildirir ki, 2 yaddaş kartı arasından səhvən şifrə qeyd olunanı götürüb və onu atıb.

 

 Şifrəsi itən pulun dəyəri 60 milyon dollardır.

Bizimesr.Az

Загрузка...


Oxunub: 39190 dəfə