ABŞ Ankaradakı səfirliyini bağladı

  • Bölmə: Dünya  
  • Tarix: 5 mar 2018 [10:25]

ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini dayandırıb. Səfirlik bu haqda açıqlama yayaraq qərarın təhlükəsizlik tədbirləri üçün verildiyini bildirib.

Diplomatik qurum Türkiyədə olan ABŞ vətəndaşlarına müraciət edərək səfirlik binasına gəlməmələrini və həmçinin, insanların çox olduqları yerlərə getməmələrini tövsiyə edib.

Səfirliyin 1 gün ərzində heç bir xidmət göstərməyəcəyi qeyd olunub.

Bizimesr.az


Загрузка...


Oxunub: 46860 dəfə