Göygöl Məşğulluq Mərkəzinin direktoru işlə zibili qarışdırıb? – Əlil şikayəti

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 21 fev 2018 [11:32]

Göygöl rayon sakini Emin Şərifov Bizimxeber.az-ın redaksiyasına müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik! Mən Şərifov Emin Mübariz oğlu 1984 cü ildə Göygöl rayonunda anadan olmuşam və 3 cü qurup əliləm 47 manat müavinət alıram,bu heç mənim dəman pulumu etmir.

“Dəfələrlə Göygöl rayon Məşğulluq Mərkəzinə müraciət etsəm də mənə iş verən olmayıb.Sonucu dəfə 08.01.2018 ci ildə Göygöl rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Mərkəzin yeni təyin olunmuş müdiri mənə bildirdi ki, “Qurupunuz var sizə nə iş verim. Elə həmin günü mən gəlib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət yazdım. Nazirlikdən bildirdilər ki, müraciətiniz müvafiq şöbəyə göndərildi. 16.01.2018 ci ildə müraciətimlə yenidən nazirliyin facebook səhfəsindən maraqlanandım mənə yazdılar ki,  müraciətə baxılma müdəti 30 gündür. Çox çəkmədi ki, məni rayonumuzun Məşğulluq Mərkəzinin müdiri telefon ilə çağırtdırdı. Orada “qurupunuz var sizə nə iş verim” deyən müdir indi mənə dedi ki, “Mənzil komunal idarəsində iş var işləyərsinizmi? Mən razı olmadım. Çünki, aylıq əmək haqqı 120 azn, iş isə çox ağır idi.

Məşğulluq mərkəzinin müdiri mənə bildirdi ki, onda bizimlə əlaqə saxlayarsan. Bir həfdədən sonra Mərkəzə zəng vurdum. Müdir mənə dedi ki, Mənzil Komunal İdarəsinə getmək istəyirsənsə gəl. Mən yenə razı olmadım. 30.01.2018 ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə zəng etdim müraciətimi olduğu kimi danışdım. 02.02.2018 ci ildə yenidən məni məşğulluq mərkəzinə telefon ilə çağırdılar. Oranın katibəsi Rima Kazımova və müdir mənə bildirdilər ki,”Hara zəng etmisən? Niyə zəng etmisən? Onu da qeyd edim ki, mən ilk dəfə məşğulluq mərkəzinə müraciət etdiyim vaxtı kiçik qardaşım da müraciət edib ona da Mənzil Komunal İdarəsində işləməyi təklif ediblər. Bütün iş istəıyənləri başlarından etmək üçün zibil atmaq təklif olunur. Təbii ki, bilirlər ki, çox adam razılaşmayacaq. Normal yerləri isə oz adamlarına verirlər, ya da satırlar. Hal-hazırda mən işsizəm”.

Vətəndaşın müraciətini araşdırmaq üçün Göygöl rayon Məşğulluq Mərkəzinin rəsmi şəxsləri ilə əlaqə saxladıq. Qurumun məsləhətçisi Elnur Məmədov bildirdi ki, müraciət edən vətəndaşı tanıyırlar və onun probleminin nədən ibarət olduğundan xəbərdardılar: ” Mərkəzə dəvət olunub, Mənzil Komunal İdarəsində iş təklif edilib amma işləməyib. O, gözətçi işləmək istəyir, göndəririk idarələr 3 -cü qurup xəstə olduğu üçün qəbul etmirlər”. E.Məmmədov bildirdi ki, Mərkəzdə heç kimə hədə-qorxu gəlinmir və bütün danışıqlar, görüşlər videogörüntüyə alınır.

Hər halda 47 manat təqaüd alan 3-cü qrup əlil ailə başçısına Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru münasib bir iş tapa bilər. Təbii ki, əgər istəyirsə… Görünür

47 manat təqaüd alan 3-cü qrup əlil ailə başçısını münasib işlə təmin etmək hələ Mərkəz rəhbərinin marağında deyil. Əks təqdirdə bu qədər şikayətlərin fonunda bir çarə tapılardı. Tapılmayıbsa demək ki, hələ idarə müdirləri öz yerlərində deyillər. Deməli, rayonda zibil yığmaqdan başqa bir iş yoxdu… Hər halda belədir.

Seçki ilində vətəndaşları dövlətdən narazı salmaq nə  Göygöl rayon Məşğulluq Mərkəzinin direktoruna nə də diğərlərinə xeyir gətirməz.


Загрузка...


Oxunub: 68420 dəfə