“Karqo Şamil”lə Əbülfəz Məlikovu nə birləşdirir? – Karqo şirkətləri kimindir?

Ötən gün ölkənin əksər mətbu orqanında ““Karqo Şamil”in obyektlərində əməliyyat – Saxlananlar var” bağlıqlı maraqlı xəbər yayıldı. Məlumatda qeyd olunurdu ki, gömrükdə əsas monopolistlərdən biri olan Şamil Heydərovun “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki karqo daşımalarına əl qoyulub. Hər iki bazardan Ş.Heydərovun adamları aparılıb. 

Məlumatda həmçinin bildirilirdi ki, “Karqo Şamil” kimi tanınan bu şəxs Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların karqo daşımalarını həyata keçirir və gömrük sisteminin ən qaranlıq şəxslərindən biri kimi tanınr. Hazırda isə Azərbaycanın gömrük sistemində külli-ixtiyar sahibidir və onun icazəsi olmadan ölkəyə heç kim mal gətirə bilməz.

Bizimxeber.az-a verilən məlumata görə, “Karqo Şamil” kimi tanınan Şamil Heydərov, adı uzun illərdi gömrük monopoliyasında hallanan “Broker Əbülfəz”-in yaxın adamı kimi tanınır. Əslində Əbülfəz Məlikova bağlı olan “Karqo Şamil” adı “Broker MMC”-nin fəaliyyətinin arxa plana çəkilməsindən sonra önə çıxarılıb.

Mənbə bildirir ki, gömrükdə Əbülfəz Məlikovdan başqa külli-ixtiyar sahibi hələki yoxdur və yenə də bütün işlərə o nəzarət edir. Daha bir məlumata görə, “Karqo Şamil” nəzarətində olan yük maşınlarının hamsı Məlikova məxsusdur.

Ümumiyyətlə, “Broker Əbülfəz” hazırda “yük daşıma xidməti”ni həyata keçirir. Sadəcə bu işi “Karqo Şamil”adı altında görür. İranda və Türkiyədə bir neçə yükdaşıma şirkətinə sahib olan Əbülfəz Məlikovun icazəsi olmadan kimsə karqo işini həyata keçirə biıməz. Bu barədə daha dəqiq təfərrüatlar yaxın günlərdə verəcəyik.

Bizimesr.az


Загрузка...


Oxunub: 62300 dəfə