Tillerson: Türkiyə ilə birgə addımlar atacağıq

  • Bölmə: Siyasət  
  • Tarix: 16 fev 2018 [15:20]

“Bu mərhələdən sonra Türkiyə ilə birgə addımlar atacağıq.

Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, bu bəyanatı Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

R.Tillerson bildirib ki, bu iki müttəfiq artıq bir-birindən ayrı addımlar atmayacaq.

“Biz bərabər şəkildə Suriyadakı bütün problemləri qiymətləndirəcəyik. Birgə addımlar atacaq, İŞİD-ə qarşı mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik.

Bizi qarşıda böyük işlər gözləyir. Vaxt itirmək olmaz. Bu istiqamətdə çalışacaq ilk qrup martın ortalarında bir araya gələcək. Ancaq zərurət yaranarsa, biz gözləməyəcəyik”.

 

Bizimesr.az 


Загрузка...


Oxunub: 20020 dəfə