Danimarka kraliçası dul qaldı

  • Bölmə: Dünya  
  • Tarix: 14 fev 2018 [09:50]

Danimarka şahzadəsi, kraliça II Marqretin həyat yoldaşı Henrik 84 yaşında vəfat edib.

Bizimesr.az xəbər verir ki, bu barədə informasiyanı Danimarka Kral Evi yayıb. Onun Fredensborq sarayında yuxuda ikən öldüyü bildirilib.

Qeyd edək ki, Henrik Misir səfərindən sonra narahatlıq keçirmişdi. Bundan sonra xəstəxanaya yerləşdirilmişdi və onda xoşxassəli şiş aşkarlanmışdı.

II Marqretlə Henrik 1967-ci ildə evləniblər.

Bizimesr.az 


Загрузка...


Oxunub: 26120 dəfə