Pensiyalar verilir – Rəsmi açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiyaların gecikməsi ilə bağlı yayılan məlumatlara cavab verib. 

Nazırliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşdirilməsi, eyni zamanda, müvafiq qrafikə uyğun olaraq ayın 13-dək Bakı şəhərinin rayonları, eləcə də son iki gündə Abşeron rayonu və Sumqayıt şəhəri üzrə pensiyaların ödənişi təmin olunub.

Qrafikə əsasən sonrakı mərhələdə əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi işləri yerinə yetiriləcək.  Eyni zamanda, ay ərzində respublika tabeli şəhərlərdə və respublikamızın digər rayonlarında yaşayan pensiyaçılar pensiyalarını alacaqlar.

“Ümumilikdə dekabr ayı üzrə də ölkəmizdə bütün əmək pensiyalarının vaxtlı-vaxtında maliyyələşdirilməsini təmin etmək üçün iş aparılır. Bunun üçün aidiyyəti üzrə işlər heç bir problem və gecikmə olmadan normal qaydada davam etdiriləcək”.

Bizimesr.az

 

 


Загрузка...


Oxunub: 72650 dəfə