Zimbabveni bu şəxs idarə edəcək

  • Bölmə: Dünya  
  • Tarix: 22 noy 2017 [19:57]

“Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi” hakim partiyası ölkə prezidenti vəzifəsinə Zimbabvenin sabiq vitse-prezidenti Emmerson Mnanqaqvunun namizədliyini irəli sürüb.

Yeni prezidentin inauqurasiyasının noyabrın 24-də keçirilməsi planlaşdırılır. Yeni lider hakimiyyətdə  istefa vermiş Robert Muqabenin səlahiyyət müddəti başa çatana qədər olacaq. Qeyd edək ki, Zimbabvedə növbəti prezident seçkiləri 2018-ci ilin sentyabrına qədər keçiriləcək.

Xatırladaq ki, 1980-ci ildən Zimbabveyə rəhbərlik Robert Muqabe dünən tutduğu vəzifədən istefa verib. Bundan əvvəl ölkə parlamenti Muqabenin impiçmenti barədə qərar qəbul edib. Prezidentə istefa verməsi üçün 24 saat vaxt verilmişdi.

Bizimesr.az

 

 


Загрузка...


Oxunub: 6460 dəfə