Türk bayrağını öpən Leonidis hədəf oldu

İmkan düşdükcə Türkiyəyə qarşı soyuq münasibət göstərən edən Yunan telekanallarının hədəfi yenə Türkiyə olub. Ötən gün Naim Süleymanoğlu ilə Atlanta Olimpiyadasında qarşılaşan yunan idmançı Valerios Leonidis rəqibinin dəfninə qatılıb. 

Süleymanoğlunun türk bayrağına bükülü tabutunu öpən yunan idmançının bu hərəkəti ölkəsində ciddi müzakirə mövzusu olub. Bizimxeber.az-ın məlumatına görə, Yunan idmançının maddi durumu ağır olduğu üçün dəfn mərasiminə Türkiyənin İdman Nazirliyinin madddəstəyi ilə gəlib.

Elə yunan tərəfinin vəziyyəti şişirtməsinin kökündə də bu fakt dayanır. Yunan kanalları Leonidisin bu hərəkətini flaş xəbər kimi veriblər.

İdmançı Valerios Leonidis Naim Süleymanoğlunun ölümünü dünya idmanı üçün bir itki hesab edib.


Загрузка...


Oxunub: 5000 dəfə