Sahibkarlıq subyektlərində yoxlamalar azalıb – RƏSMİ

"Ölkə başçısı tərəfindən sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı  verilən qərarlar və görülən sistemli tədbirlər iqtisadiyyatın dayanıqlı inkişafı baxımından strateji xarakter daşıyır".

"Bizimesr" APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı 24 ay ərzində vergi yoxlamaları istisna olmaqla, cəmi 127 yoxlama keçirilib: "Yoxlamaların dayandırılmasından əvvəlki 24 ay ərzində isə bu say 117 mindən çox olub".

Ş.Mustafayev deyib ki, bu müsbət təcrübəni nəzərə alaraq, ölkə başçısı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamalar növbəti dəfə 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb.

Qurum rəhbəri əlavə edib ki, lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və şəffaflığın təmin olunması nəticəsində İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində cari ilin ötən dövrü ərzində 4700-ə yaxın müddətsiz lisenziyalar verilib.

Bizimesr.az

 



Загрузка...


Oxunub: 4490 dəfə