Ördək fermasında H5N6 aşkar edildi

  • Bölmə: Dünya  
  • Tarix: 20 noy 2017 [12:24]

Koreya Respublikasında H5N6 “quş qripi” virusunun yüksək patogen forması aşkar edilib. Bizimxeber.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Koreyanın Ərzaq, Kənd Təsərrüfatı və Balıq Təsərrürfatı Nazirliyi xəbər verib.

Məlumatda deyilir ki, virus Koçxanqun rayonunda ördək fermasında qeydə alınıb. Tələf olan quş nümunələri üzərində aparılan araşdırma nəticəsində quşlarda H5N6 virusu aşkr edilib. Ötən il bu virus səbəbindən Koreya Respublikasında 38 milyon quş öldürülmüşdu.

Nazirlik virusun qarşısının alınması məqsədilə ölkədə “quş qripi” təhlükəsinin yüksək səviyyəsini elan edərək xəbərdarlıq edib.

Bizimesr.az

 


Загрузка...


Oxunub: 5380 dəfə