Azərbaycan dördüncü peykini nə vaxt buraxacaq?

  • Bölmə: Maraqlı  
  • Tarix: 19 noy 2017 [21:54]

 

"Azərkosmos” ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.
"Qaynarinfo" Trend-ə istinadən xəbər verir ki, bunu sayca 3-cü peykin "Azerspace-2/Intelsat-38” peykinin buraxılışından sonra bilmək olacaq.
Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.
Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi "Space Systems Loral” şirkətidir.
"Azerspace-2/Intelsat-38” peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.

 

Bizimesr.az



Загрузка...


Oxunub: 64450 dəfə