Rafael Mehrəliyev yeni Bakı meri olmaq istəyir?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun  tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən gendəmi zəbt edib. 20 ilə yaxındır Bakı meri postunu tutan Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu (?) üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir. Əslində baş verənlər barədə dəqiq və rəsmi təfərrüatlar açıqlanmır. 

Üstəlik, merin səhhəti ilə bağlı yazılanlar konkret olaraq təkzib edilmir, Abutalıbov isə çıxıb “mən sağlamam” demir. Bütün bunlar göstərir ki, Abutalıbovun səhhəti ilə bağlı yayılan məlumatlarla müəyyən doğruluq var.

Ümumiyyətlə, Hacıbala Abutalibovun vəzifədən uzaqlaşdırılması ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Hətta son 10 ildə azı 100 dəfə onun artıq postunu yaxlınlarda itirəcəyi bildirilib. Lakin, o hələ də öz postundadır və necə deyərlər, şəhərin bütün ciddi layihələri onun nəzarəti altında həyata keçirilir.

Amma, Hacıbala Abutalobov gedərsə, onun yerinə kim təyin olunacaq? İndi bu günün ən aktual sualıdır. Kim Abutalovu əvəz edə bilmək gücündədir? Mer postuna kim layiqdir?

Bakı meri olmaq, bu postu idarə etmək və şəhərin bütün yükünü öz çiyinlərində daşımaq asan məsələ deyil.

Hacıbala Abutalibovun məsul postunda gözü olan məmurlar az deyil. İllərdir mer popstunun boşalmasını gözləyənlər var ki, onlar bu dəfə öz istəklərini reallaşdırmağa daha yaxln görünürlər. Daha doğrusu, yayılan məlumatlardan açıq görünür ki, Hacıbala Abutalıbov artıq postunu itirmiş hesab olunur. Bu isə yeni mer postu uğrunda mübarizənin artıq başlanması deməkdir.

Bizimxeber.az-a daxil olan məlumata görə, uzun illər Bakı Şəhər İcra Hakimiyyətində çalışan bir neçə nəfər bu posta real namizəddir. Daha doğrusu, bu postu əldə ertmək üçün tam hazırdırlar.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənəhov və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi əvəzi – baş memar Akif Abdullayevin mer olmaq üçün mübarizəyə qoşulanlar sıyahısında adı keçir. İkinci – Akif Abdullayev barədə mətbuatda dəfələrlə müxtəlif məlumatlar yayılıb.

Mer olmaq üçün daha bir ciddi məmurun adı çəkilir. Zaman-zaman barəsində yayılan məlumatları mətbu orqanlardan yığışdıran, adının çəkilməsini istəməyən bu şəxs illərdir indiki məqamı gözləyir.

Redaksiyaya daxil olan məlumata görə, Bakı meri olmaq üçün var gücü ilə çalışan şəxslrədən biri Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehrəliyevdir. Kifayət qədər dəsətəkli və maddi imkanlara malik R.Mehrəliyev son bir ildə bir qədər zəifləsə də, mer olmaq üçün əlaqələrini səfərbər etməyə başlayıb.

Bizimxeber.az-a daxil olan məlumata görə, “Rabitə işi” cinayətinin əsas fiqurlarından olan Vidadi Rzayevlə qohumluq əlaqələrini gizlətməyə çalışan R.Mehrəliyevin zəifləməsinin bir səbəbi də budur. Eldar Mahmudovla daha çox yaxınlığı ilə tanınan Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Akif Hacıyevin Mehrəliyevə daha yaxın kadr olması vəziyyəti bir qədər mürəkkəbləşdirir.

Həmçinin, bu yaxınlarda qızına 400 minlik toy qalmaqalında adı çəkilən Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun onun adamı olması faktları R.Mehrəliyevin mövqeyini qismən zəiflədib. Bütün bunların fonunda R.Mehrəliyev mer olmaq üçün daha çox iddialı namizəıddir. Bu günlərdə yaxın ətrafına ciddi və diqqətli olmağı tövsiyyə edən Mehrəliyev bildirib ki, mer olmaq üçün əlindən gələni edəcək.

u şansı əldən verməmək üçün ona başqa dostları və Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov dəstək durmağa hazır görünür. Çünki, R. Mehrəliyev mer olarsa, Qüdrət Şükürov da Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri olacaq.

 

Bizimesr.az

Загрузка...


Oxunub: 7750 dəfə