Binalar isti ola bilmir? – RƏSMİ + VİDEO

Noyabrın 15-dən payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istilik verilməsi nəzərdə tutulsa da, hələlik bunun tətbiqinə başlanmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Lider TV” paytaxt sakinləri arasında apardığı sorğuya əsasən bildirir. Sakinlər hələ də evlərinə normal istiliyin verilmədiyini deyirlər. Bu günün sonunadək paytaxt ərazisindəki bütün mənzillər istiliklə təmin olunacaq.

Oxu.Az xəbər verir ki, bu haqda Qafqazinfo.az-a məlumatı “Azəristiliktəchizat”ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev verib.

O bildirib ki, qazanxanalar  bu günə kimi növbəli şəkildə işə salınırdı. Ancaq bu gün prosesin tamamlanması gözlənilir: “Azərqaz”a da bildirmişik ki, işləri sürətləndirsinlər. Onlar tənzimləmələr apardıqca, biz qazanxanaları işə salırıq. Hər qazanxana qoşulduqda onlar mənbədən təzyiqi artırmalıdırlar ki, digər qazanxanaları da işə salaq. Yəqin ki, bu günün sonuna qədər hər şey qaydasına düşər”.

Bizimesr.az

 


Загрузка...


Oxunub: 7230 dəfə