Rafiq Hüseynovun nəşi Azərbaycana yola salındı

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 2 noy 2017 [16:24]

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi bu gün Almaniyadan Azərbaycana yola salınıb. Milli.Az xəbər verir ki, bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynovaməlumat verib.

Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bizimesr.Az

Загрузка...


Oxunub: 69330 dəfə