Eks xarici işlər naziri mer olmaq istəyir

  • Bölmə: Siyasət  
  • Tarix: 8 sen 2017 [14:13]

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası sabiq xarici işlər naziri Qriqol Vaşadzenin Kutaisi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb."Bizimxeber" APA-ya istinadən xəbər verir ki, partiya Q. Vaşadze ilə bir ay ərzində məsləhətləşmələr aparıb.

Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. Seçkilərdə Gürcüstan vətəndaşları Tbilisi meri, 11 şəhər və rayonun başçılarını seçəcəklər. Paralel olaraq yerli idarəetmə orqanlarının məşvərətçi orqanları olan sakrebulolara da seçkilər keçiriləcək.

Qriqol Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub.


Загрузка...


Oxunub: 1580 dəfə