"Harvi", "İrma", indi də "Katya" gəlir...

  • Bölmə: Hadisə  
  • Tarix: 6 sen 2017 [15:59]

Meksika körfəzində təhlükəli "Katya" qasırğası yaranıb. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın qasırğaları müşahidə üzrə Milli Mərkəzi xəbər yayıb.Meteoroloqların proqnozlarına görə, qasırğa Meksika sahillərinə cümə günü çatacaq.

Qasırğanın hazırda Meksikanın Tampiko şəhərindən 165 kilometr məsafədə tüğyan etdiyi və saatda 4 kilometr sürətlə hərkət etdiyi bildirilib.

Hazırda küləyin gücünün saatda 65 kilometr olduğu qeyd edilir.

Qasırğanın dağıdıcı fəsadları istisna edilmir.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 1340 dəfə