Göyçay "Avtonəqliyyat" ASC-nin "rəhbər"indən prezidentə şikayət var

  • Bölmə: Hadisə  
  • Tarix: 30 avq 2017 [16:05]

Mən Göyçay rayonu Nizami küçəsi ev 69 sakini hazırda Almaniyada müvəqqəti yaşayan İsmayılov Rüstəm İsmayıl oğlu mətbaut vasitəsi ilə prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə və Baş Prokuror cənab Zakir Qaralova müraciət edirəm.

Bizimxeber.az-a danışan İsmayılov Rüstəm İsmayıl oğlu bildirir ki, Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev saxtakarlıq yolu ilə mənim və 50-dən çox göyçay sakinlərinin səhimlərini mənimsəyib əmlakını məhv edib özününküləşdirməklə ağır cinayət törətsədə onun barəsində heç bir tədbir görülmür.

Baxmayaraq bu barədə çoxlusayda şikayətlər etmişəm. Arif Əliyev Göyçay Avtonəqliyyat ASC -ni saxtakarlıqla öz əlinə keçirib orada qanunsuz bazar fəaliyyəti ilə məşğul olur.

Arif  Əliyev Göyçay "Avtonəqliyyat" ASC-ni qanunsuz olaraq kolxoz bazarı etmişdir. Atam 20 dekabr 1994-cü il tarixdə  Göyçay "Avtonəqliyyat" ASC-nin həmin vaxtkı müdiri Mehman Məmmədovla bağladığı müqavilə ilə 80 kv-m yeri icarəyə götürüb orada çörək bişirmə sexi inşa etdirmişdir.

Həmçinin bu barədə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən də razılıq sənədi almışdır. 1996-cı il tarixdə oradan əlavə olaraq 371 kv-m yararsız boş torpaq sahəsi bizə icarəyə verilmişdir. Orada tikdirdiyimiz sexin tam qanunu olması və bizə aid olmasını təsdiq edən konkret və mötəbər sənədlərimiz var. Həmin obyektin icarə haqqı, vergi pulu tam qanunu ödənilmişdir ki, qəbzlər var.

1999-cu il tarixdə Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri vəzifəsinə təyin olunur.Hansı ki, onun ixtisası şərabçı idi.Bundan sonra o bizə məxsus qanunu seximizin qarşısını yan-yörəsini hasara aldırıb qanunsuz maneələr yaratdı, sökülməsini tələb etdi.

 

 

Obyektdəki avadanlıqları yararsız hala saldı. Atam buna dözməyib 2007-ci il tarixdə dünyasını dəyişdi. 2016-cı il tarixdə Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-nin balansında olmayan həmin qanunu əmlakımızı tamamilə dağıdıb yerlə-yeksan etmişdir.

Bu hərəkəti ilə Arif Əlyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin tərkibin yaradan cinayət əməli törətmişdir. Biz bu cinayət hərəkətləri barədə bütün orqanlara şikayətlər etmişəm.Ancaq heç bir tədbirlər görülmür. Çünki Arif Əliyev cinayət yolu ilə əldə etdiyi puldan gələnlərin cibinə dürtür deyə ona gözün üstə-qaşın var dyən yoxdur.

Arif Əliyev bizdən başqa Göyçayda çoxlusayda vətəndaşın haqqına girib onların səhimlərinə saxtakarlıqla yiyələnib mənimsəmişdir. Arif Əliyevin qanunsuz əməlləri nəticəsində tək mənim atam yox bir neçə şəxs dözməyib dünyasını dəyişib.

Göyçayda bütün namuslu-qeyrətli insanlar Arif Əliyevə nifrət edir. Arif Əliyev  müdafiə məqsədi ilə dırnaq arası hüquq müdafiəçisi Taleh Xasməmmədovu özünə muzdla vəkil tutub.Taleh Xasməmmədovun nə ali təhsili var, nədə ki, həqiqi hərbi xidmətdə olub. Arif Əliyev hər ay Taleh Xasməmmədova 3000 manat pul verib istədiyi adamı onun vasitəsi ilə şantaj etdirir. Taleh Xasməmmədovun kim olduğunu isə Göyçayın bütün qeyrətli-namuslu sakinləri yaxşı bilir.

Namuslu-qeyrətli göyçaylı heç vaxt Arif Əliyev kimi camaata pislik edəni müdafiə etməz.Taleh Xasməmmədov aldığı pullara görə dahada həvəslənib dövlətə qarşı təbliğat aparır.Bunu isə subut etməyə ehtiyac yoxdur hər şey göz qarşısındadır. Cinayət yolu ilə qzandığı puldan Taleh Xasməmmədov kimi şantajçıya verib dövlətin əlehinə təbliğat apazdıran Arif Əliyevin bütün fəaliyyəti yoxlanılmalıdır.

Cənab Prezident, hörmətli Mehriban xanım, cənab Mədət Quliyev. cənab Zakir Qaralov xahiş edirəm göstərdiyim faktları yerində mənim iştirakəmla yoxlatdırıb ciddi tədbirlər görəsiniz. Xahiş edirəm ki, fəhlə sinifini əzən, həmçinin dövlət əlehinə təbliğat aparan Taleh Xasməmmədovu  maliyələşdirən Arif Əliyevin barəsində cinayət işinin başlanılıb barəsində ciddi tədbirlər görəsiniz.

Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin cinayətləri barədə çəkilmiş videonu sizə təqdim edirəm. Xahiş edirəm Arif Əliyevin cinayət əməllərindən əziyyət çəkən Göyçaylıların video çıxışlarına baxın görün nələri danışırlar.

 

Bizimesr.az 

Загрузка...


Oxunub: 5540 dəfə