Macarıstana niyə viza verilmir?

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 24 avq 2017 [17:02]

Azərbaycanda Macarıstan vizalarının verilməsinin dayandırılması texniki problemlərlə bağlıdır. "Bizimesr" xəbər verir ki, bu barədə Report-a Bakıda Macarıstan vizalarının alınması üçün sənədlərin qəbulu ilə məşğul olan "BLS International" şirkətindən bildiriblər.

"Biz səfirliyin konsulluq şöbəsinə tabeyik, ancaq bizə də konkret səbəblər deyilməyib", - şirkətin nümayəndəsi bildirib. "BLS International"dan qeyd ediblər ki, sənədlərin qəbulu avqustun 21-dən etibarən dayandırılıb və qəbulun yenidən nə vaxt bərpa ediləcəyi hələ bilinmir.

Xatırladaq ki, dünən Macarıstanın Azərbaycandakı səfirliyi konsulluq şöbəsinin forsmajor vəziyyətlə əlaqədar müvəqqəti olaraq viza üçün sənədlərin qəbulunu dayandırdığını bəyan edib.

"Ərizəçilər uzunmüddətli Şengen vizaları (D) üçün Macarıstanın Gürcüstandakı səfirliyinə müraciət edə bilərlər. Hazırda səfirlik forsmajor vəziyyətdən əvvəl olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluqla bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında (baku.mfa.gov.hu) yenilənir. Ərizəçilər Konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər", - səfirliyin məlumatında deyilir.

Bizimesr.az 


Загрузка...


Oxunub: 18290 dəfə