Polk komandiri bıçaqlandı

  • Bölmə: Hadisə  
  • Tarix: 24 avq 2017 [17:02]

Ermənistan Polisinin Yerevan üzrə idarəsinin Post-Patrul Xidməti polku komandirinin müavini, polis mayoru Akop Mkrtçyan bıçaqla yaralanıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə avqustun 24-də gecə saatlarında olub.

Məlumata görə, onu xəstəxanaya qardaşı aparıb. Mayorun vəziyyəti ağırdır. Cərrahiyyə əməliyyatı bir neçə saat davam edib. Onun dalağını çıxarıblar, ağciyərində əməliyyat aparıblar. Xəbərdə bildirilib ki, A.Mkrtçyan Noraqavit rayonunda mübahisənin qarşısını almaq istəyərkən bıçaqlanıb.

Qeyd edək ki, o, bu vəzifəyə yeni təyin edilib. Ondan əvvəl Artur Vanoyan bu vəzifədə işləyib. O, “Sasna Tsrer” qrupu Ermənistan Post-Patrul Xidmətinin polkunu ələ keçirən zaman öldürülüb.

Bizimesr.az


Загрузка...


Oxunub: 5990 dəfə