ABŞ-dan İŞİD-ə ağır zərbə

  • Bölmə: Dünya  
  • Tarix: 22 avq 2017 [15:24]

ABŞ İraqın Tel Əfar şəhəri yaxınlığında İŞİD qüvvələrinə toplarla zərbələr endirib. Bu barədə İraq ordusunun kapitanı İhab Səfvan Əl Yasiri məlumat verib. Tel Əfar yaxınlarındakı Kəhriz hərbi bazasında yerləşən ABŞ qüvvələri İŞİD-in cənub cəbhəsində Əl Cəzirə, Ən-Nasir, Əs-saray, Ən-nur bölgələrində yerləşən terrorçuları vurub.

Hücum nəticəsində terrorçu qrupun çox sayda itki verdiyi və hərbi texnikanın məhv edildiyi deyilir. Yasiri bildirib ki, İraq ordusunun sonradan ABŞ-a dəstək verməsi planlaşdırılıb. Qeyd edək ki, artıq bir neçə gündür İraq ordusu və koalisiya qüvvələri Tel Əfar bölgəsini İŞİD-dən azad etmək üçün hücuma keçib. Hazırki hədəf terror təşkilatının sərhəd xəttini qırmaq və şəhərə daxil olmaqdır.

Tel Əfar 2014-cü ildən bəri İŞİD-in işğalındadır və şəhərdə 2 min nəfər terrorçunun olduğu deyilir.

Bizimesr.az 


Загрузка...


Oxunub: 5250 dəfə