“Porsche” ilə adam öldürən uşaq ...

  • Bölmə: Kriminal  
  • Tarix: 23 iyn 2017 [15:07]

Sabunçu rayon Məhkəməsi Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Adil Məmmədovun (ad və soyad şərtidir) barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatətini təmin edərək, onun  qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə  göndərilməsi barədə 22 iyun 2017-ci il tarixdə qərar qəbul etmişdir.

 

Bakı şəhər prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilmişdir.

 

Bizinesr.az


Загрузка...


Oxunub: 39080 dəfə