“FETÖ”-çü professor həbs edildi

  • Bölmə: Region  
  • Tarix: 26 may 2017 [10:45]

Türkiyənin “Akdeniz” universitetinin keçmiş rektoru, professor İsrafil Kurtcephe “FETÖ”-yə qarşı açılan cinayət işi üzrə həbs edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş rektor Antalyada saxlanılıb.

Antalya Prokurorluğunun qərarı ilə keçirilən əməliyyat zamanı İsrafil Kurtcephe evində həbs olunub.

Əməliyyat zamanı eks-rektorun evində də axtarış aparılıb.

O, “FETÖ” təşkilatının üzvü olmaqda və terrora dəstək verməkdə təqsirli bilinir.

Xatırladaq ki, İsrafil Kurtcephe 2015-ci ildə “FETÖ” ilə bağlılığına görə barəsində açılan cinayət işində təqsirli bilinərək “Akdeniz” universitetinin rektoru vəzifəsindən azad olunub.

Bizimesr.az


Загрузка...


Oxunub: 30950 dəfə