Karen Karapetyan: "Respublikanın rəhbəri olmağa hazıram”

  • Bölmə: Region  
  • Tarix: 10 may 2017 [17:03]

Ermənistanın baş naziri Karen Karapetyan 2018-ci ildən sonra da postunda qalmaq fikrindədir.

Azvision.az xəbər verir ki, bu yaxınlarda Ermənistana gələn Avstriya "İctimai" radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində baş nazir Karen Karapetyanla görüşüb.

"2018-ci ildə baş nazir kimi qalmağa və respublika rəhbəri olmağa hazırsınızmı" sualına Karapetyan düşünmədən "Bəli, hazıram" deyə cavab verib.

Xatırladaq ki, Sarkisyanın əsas məqsədi dövlət daxilində aparılan dəyişikliklərdən sonra baş nazir postunu tutmaqla bütün hökümət sistemini ələ keçirməkdir.

Karapetyanın bu çıxışından sonra, onunla Sarkisyan arasında çəkişmələrin olacağı gözlənilir.

Ekspertlər hesab edirlər ki, Sarkisyanla Karapetyan arasında başlayan vəzifə davası Ermənistan hakimiyyətinin parçalanmasına gətirib çıxaracaq.

Bizimesr.az 


Загрузка...


Oxunub: 31830 dəfə