Загрузка...




Taleh Qaraşova hansı vəzifə veriləcək? - Səhhəti imkan vermir...

Lənkəranın icra başçısı Taleh Qaraşov səhhəti ilə bağlı vəzifələrinin icrasını yerinə yetirə bilmir. Ötən il qəfil infarkt keçirən Qaraşov hələ də özünə gələ bilmir. İşdə az-az görünən icra başçısı öz səlahiyyətlərini müavinlərinə həvalə etsə də, onlar da bu işin öhdəsindən gələ bilmirlər.

 

Daha doğrusu, müavinlər  bu imkandan istifadə edib Lənkəranı iflic ediblər.

 

Bizimesr.az-a daxil olan məlumata görə, bu günlərdə Taleh Qaraşova başqa bir vəzifə təklif edilib. Lənkərandakı vəziyyəti nəzərə alaraq daha icra başçısı postunun öhdəsindən gələ bilməməsi ona xatırladılıb.  Məlumata görə, Qaraşov özü də başa düşüb ki, səhhəti icra başçısı olmaq üçün əlverişli deyil. 

 

Taleh Qaraşova hansı vəzifənin veriləcəyi hələlik sual altındadır. 

 

Məlumat üçün bildirək ki, Taleh Qaraşovun Lənkərana icra başçısı təyinatının 5 ili aprel ayında tamam olur.

 

Bizimesr.az



Oxunub: 7700 dəfə