“Nobel”li yazıçı Trampa görə - ABŞ-ı tərk edir

“Nobel” mükafatlı nigeriyalı yazıçı Vole Şoyinka Donald Tramp ABŞ prezidenti seçildiyi üçün ölkəni tərk edəcək.

82 yaşlı yazıçı ABŞ-ı 2017-ci il yanvarın 20-də, D. Trampın inaqurasiya mərasimi günü tərk edəcək.

Qeyd edək ki, Nyu-Yorkda yaşayan və Nyu-York Universitetinin Afrika-ABŞ əlaqələri fakultəsində çalışan V. Şoyinka ötən həftə Oksford Universitetində çıxış edərkən Tramp qələbə qazandığı təqdirdə Yaşıl Kartını kəsib atacağını və ölkədən ayrılacağını bəyan edib.

“Vaguard” qəzetinin xəbərinə görə, məşhur vəkil Kayode Ajulo bildirib ki, Amerika qanunlarına görə Yaşıl Karta ziyan vermək yazıçıya problem yarada bilər: “Vole Şoyinka ölkəni tərk etməkdə azaddır. Lakin karta zrər vermək məcburiyyətində deyil. O, qanunlara uyun olaraq kartı lazımi orqanlara təhvil verməlidir”.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 28450 dəfə